Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Reper zorlanmada ittiham olundu - Axtarışa verildi

Reper zorlanmada ittiham olundu - Axtarışa verildi

Tarix: 23 Aprel 2021 13:50

Ameriralı reper Lil Mosey (əsl adı Leytan İkols) barəsində zorlama ittihamı irəli sürülüb.

Sonxeber.net TMZ nəşrinə istinadən xəbər verir ki, reper zorlanma ittihamı ilə bağlı məhkəməyə gəlmədiyindən barəsində axtarış elan olunub.

19 yaşlı reperi ikinci dərəcəli zorlamada ittiham ediblər. Reperin qurbanı bildirib ki, rəfiqəsi ilə artistin bağ evinə gedib və orada reper və tanımadığı bir nəfər tərəfindən zorakılığa məruz qalıb. Qız bildirib ki, reperlə seksə razı olub. Lakin alkoqol qəbulundan sonra özündə olmayıb. Ayılanda isə reperin onu zorladığını görüb.

Lil Mosey Noticed kompozisiyası ilə məşhurdur. Bu mahnıya çəkilən klip youtube-də 245 mln. baxış toplayıb.

Kamran


Etiketlər:  Reper zorlanmada ittiham olundu Axtarışa verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ