Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2021 14:15
"Co Bayden bəlkə siyasi prinsipləri səbəbindən qondarma "erməni soyqrımı"nı tanıyaraq belə böyük bir yanlışın altına imza atacaq".
Bunu Sonxeber.net-a açıqlamasında türkiyəli hərbi və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar deyib.
Türk ekspert bildirib ki, ABŞ və Ermənistan hər il qondarma "erməni soyqrımı"nı Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edir:
"Co Bayden bəlkə də Türk dünyasına və Osmanlı imperiyasına ləkə yaxmaq məqsədi ilə belə bir səhvin altına imza atacaq. Əslində Baydenin ortaya qoyacağı bu həmlə nə beynəlxalq hüquqla, nə ədalətlə, nə də insanlıqla üst-üstə düşür.
Bir dəfə obyektiv olmaq lazımdır, amma təəssüf ki, obyektiv ola bilmirlər. Digər tərəfdən onsuz da keçmişdə Amerika dövlət başçılarının qurduqları cümlələr Ermənistan tərəfindən "soyqırım" olaraq qəbul edilib. Bu reallıqdır. ABŞ dürüstlüyü, ədaləti, tarixi həqiqətləri müdafiə etmək yerinə yanlışların və subyektiv yanaşmaların yanında olacaq. Bir daha ədalət üzərində qurulmuş siyasət və strategiya yerinə mənfəətlərinə hesablanmış siyasətini ortaya qoyacaq.
"Erməni soyqırımı" Türkiyəyə qarşı təzyiq vasitəsinə çevrilib
Məncə, çox dəyişən bir şey olmayacaq. Nəticədə, ABŞ getsin bir özünə baxsın. Türkiyə ilə, türk dünyası, islam dünyası ilə məşğul olmaq əvəzinə özlərinin törətdikləri, altına imza atdıqları cinayətlərə baxsınlar. Digər tərəfdən də özünün ortaya qoyduğu insanlıqdan utansın. Nə deyə bilər?!
Hər il qondarma "erməni soyqrımı"nı Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Bu ifadəni işlətməklə açığı, Türkiyə ilə yeni bir mərhələyə keçmək istəyəcəklərini düşünürəm. Qondarma "erməni soyqrımı" vasitəsilə Türk dünyasını, islam dünyasını qaralamaq niyyətləri və məqsədləri var. Bu, son dərəcə aqressiv və yanlış, heç bir geosiyasi tarixi, gələcəyi olmayan, ədalətə sığınmayan, tarixi həqiqətləri heçə sayan yanlış bir qərardır.
Bizə qarşı bu cür yanlış qərarları Qərb dünyası da verirmi? Bəli, verir. Hər zaman etdiyi kimi. Bu, artıq öyrəşdiyimiz bir münasibətdir. Nəticədə öz mənfəətlərindən başqa heç bir dəyəri, ölçünü görmürlər, tanımırlar. Onlar üçün vacib olan öz mənfəətləridir. Bu, onların mənfəətlərinə uyğundursa, demokratiya, insan haqqları, azadlıqları var demək. Yoxdursa, bunların heç biri onlar üçün əhəmiyyət kəsb etməz".
Təhməz Əsədov