Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusların Məryəm Üzərli sevgisi - VİDEO - FOTO

Rusların Məryəm Üzərli sevgisi - VİDEO - FOTO

Tarix: 23 Aprel 2021 18:40

Rusiyada 43-cü Moskva Beynəlxalq Film Festivalının açılış mərasimi baş tutub. Tədbirin ən maraqla gözlənilən qonağı isə "Muhteşem Yüzyıl" serialındakı "Hürrem sultan" rolu ilə tamaşaçıların qəlbini fəth edən Meryem Üzərli olub.

Milli.Az big.az-a istinadən xəbər verir ki, bu barədə "Hello" xəbər yayıb.

Bildirilir ki, türkiyəli aktrisa "Kovan" filmini təqdim edəcək.

Qeyd edək ki, müsabiqənin münsiflərinə rejissor, operator və prodüser Briyante Mendosa rəhbərlik edir. Tədbirin açılış filmi isə Timur Bekmambetovun sovet pilotunun qəhrəmanlığına həsr olunmuş "Devyatayev" olub.

Aprelin 29-na qədər davam edəcək Moskva Film Festivalında 210 film nümayiş olunacaq. Müsabiqəyə Venesuela, Yaponiya, Çin, Almaniya, Norveç, İtaliya, Serbiya, Hindistan, İran və digər ölkələrdə istehsal olunan 14 film daxil edilib.

Yeri gəlmişkən, beynəlxalq tədbirdə daha bir xoş sürpriz də azərbaycanlı aktrisa və rejissor Könül Nağıyevanın iştirakıdır. Onun Türkiyədə çəkdiyi "Gerçek olamaz" filminin Moskvada dünya premyerası olacaq.

Filmin gələcəkdə Bakıda da nümayişi nəzərdə tutulub.

Milli.Az


Etiketlər:  Rusların Məryəm Üzərli sevgisi VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ