Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bir ilə 550 km yol gedib belə arıqladı - FOTO

Bir ilə 550 km yol gedib belə arıqladı - FOTO

Tarix: 23 Aprel 2021 18:48

Lük Eş adlı gənc 25 yaşında artıq çəkidən əziyyət çəkməyə başlayıb. Həmin dövrdə dostu Rayanın ölümü Lüka stres yaşatdığı üçün gənc özünü sakitləşdirmək üçün daha çox yeməyə başlayıb və çəkisi 127 kiloqrama çatıb.

Koronavirus pandemiyası başlandıqda artıq çəkili insanların da risk qrupuna aid olduğunu öyrəndiyi zaman Eş arıqlamaq qərarına gəlib.

Qəbul etdiyi kalorilərin miqdarını ikiqat azaltmaqla və fiziki aktivliyi artırmaqla o, bir ilə 45 kiloqram çəki atıb və tanınmaz dərəcədə dəyişilib.

Belə ki, Lük bir il ərzində 550 kilometr məsafəni qət edib. Lakin o, dayanmaq fikrində deyil. çünki məqsədi ümumilikdə 75 kiloqram atmaqdır.

Arıqlama prosesində gənc təkcə yeməkdən deyil, eləcə də yaxşı yuxu, gəzinti, qaçış, üzgüçülük, normal əhval-ruhiyyə kimi digər sadə şeylər zövq almağı öyrənib.

Sonxeber.net big.az-a istinadən onun "əvvəl-sonra" fotolarını təqdim edir.


Etiketlər:  ilə gedib belə arıqladı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ