Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Aprel 2021 14:10
ARB TV-nin "Hüseynova bacıları" verilişinin növbəti qonağı klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu olub.
Sonxeber.net xəbər verir ki, Hüseyn Məhəmmədoğlu yaşadığı çətin həyatdan və anasından danışıb:
"Elə zamanlarımız olub ki, çox kasıb olmuşuq. Dəhşətli anlar idi. Atam dünyasını dəyişəndən sonra duz, soğanla çörək yeyirdik qardaşımla. Həmişə deyirəm ki, kaş ki, Allah mənə indi verdiyi ruzini, indi qazandığım pulu o vaxt verərdi. Bəlkə onda anamı sağaldardım, başqa ölkəyə aparardıq, xəstəliyinin şəfası orda tapılardı. Bir ona üzülürəm".