Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Aprel 2021 14:16
Rumıniyanın paytaxtı Buxarestdə yerləşən "Beynəlxalq Arena Stdadionu"nda baş tutan canlı yayımlardan birində AVRO-2020-nin kuboku yerə düşüb.
Sonxeber.net offsideplus.az-a istinadən xəbər verir ki, buna külək səbəb olub. Belə ki, küləyin aşırtdığı reklam lövhəsi kuboku yerə salıb. İdman jurnalisti Diana Şandru hadisədən xəsarət almadan qurtulub.
Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Kopenhagen (Danimarka), "Sevilya" (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan), Amsterdam (Niderland) və Bakı (Azərbaycan) ev sahibliyi edəcək. Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.