Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2019 22:15
Bakı. Trend:
Xarici İşlər naziri Elmar Məmmədyarov Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayevi Qazaxıstan Respublikası Prezidentinin Qazaxıstan Parlamentindəki Nümayəndiliyinin rəhbəri vəzifəsinə təyin olunması ilə bağlı geri çağrılması və ölkəmizdəki diplomatik fəaliyyətinin bitməsi münasibətilə qəbul edib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, Elmar Məmmədyarov səfir Beybit İsabayevi yeni təyinatı münasibətilə təbrik edirərək, gələcək fəaliyyətində ona uğurlar arzuyıb. İki ölkə arasında əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini bildirən nazir, bu əlaqələrin bundan sonra da dərinləşəcəyinə əminlik ifadə edib.
Səfir Beybit İsabayev, öz növbəsində səmimi təbrikə və diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Azərbaycan və Qazaxıstan xalqları arasında əlaqələrin ortaq etnik, mədəni və tarixi köklərə əsaslandığını qeyd edən səfir Beybit İsabayev, yüksək səviyyəli dialoqun ölkələrimiz arasında tərəfdaşlığın hərtərəfli inkişafına mühüm təkan verdiyini vurğulayıb. Bu əsnada səfir Beybit İsabayev Qazaxıstan Respublikasının Prezidentinin 2017-ci ildə Azərbaycana səfərinin və səfər çərçivəsində imzalanmış sənədlərin ikitərəfli əlaqələrin inkişafında xüsusi əhəmiyyətini diqqətə çatdırıb.
Görüş zamanı iki ölkə arasındakı əməkdaşlığın inkişafından, xüsusilə də iqtisadi-ticarət və nəqliyyat və tranzit sahələrində əlaqələrinin inkişafından məmnunluq ifadə olundu.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin