Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2021 18:20
Suraxanı rayonunda narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan 9 nəfər saxlanılıb.
DİN Mətbuat xidmətindən Sonxeber.net-a verilən məlumata görə, Suraxanı, Əmircan, Bülbülə, eləcə də, rayonun inzibati ərazisinə daxil olan digər kənd və qəsəbələrdə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 9 nəfər tutulub.
Həmin şəxslər paytaxt sakinləri Əliağa Vahabov, Sərdar Quliyev, Tərlan Abbasov, Baba Şabanov, Əlisəttar Musayev, Nazim Musayev, Firuz Rəsulov, Yaşar Rzayev və Tofiq İbrahimovdan heroin, tiryək, metamfetamin və digər növdən olan narkotik vasitələr aşkar edilib.
Onlar barəsində cinayət işi başlanılıb.