Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2021 11:57
"Düşünmürəm ki, ABŞ prezidenti Co Bayden ermənilərin Osmanlı imperiyası dönəmində "soyqrımı" ilə bağlı açıqlamasından sonra Cənubi Qafqazda hər hansı bir dəyişiklik olacaq".
Bunu Sonxeber.net-a açıqlamasında rusiyalı siyasi analitik Oleq Kuznetsov deyib.
O bildirib ki, Co Baydenin erməni "soyqrımı"nı tanıması heç nəyi dəyişməyəcək:
"Azərbaycan və Türkiyə öz mövqeyini dəyişməyəcək. Ermənilərin "soyqrımı" haqqında abidələr İranda, ola bilsin ki, Rusiyada da var. Ona görə "soyqrımı" məsələsinə əvvəllər bu dövlətlərdən hansı münasibət olubsa, bundan sonra da həmin münasibət olacaq.
Bunun üçün də biz bu mövzuya necə yanaşırdıqsa o formada da yanaşmağa davam edəcəyik. Əlbəttə ki, Co Baydenin "soyqrımı" tanımasından sonra Qafqaz regionunda bir və ya iki həftə ajiotaj müşahidə edilə bilər. Amma bu heç nəyi dəyişməyəcək, hər şey öz axarında davam edəcək.
Demək istərdim ki, Co Baydenin erməniləri sevindirən bu açıqlaması heç bir hüquqi gücə sahib deyil. Baydenin "soyqrımı" açıqlaması Ağ Evin rəsmi saytının reliz hissəsində qeyd olunub. Ona görə də bu, heç cür xarici siyasətə təsir edə bilməz".
Təhməz Əsədov