Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı aktrisa türk serialından gedir

Azərbaycanlı aktrisa türk serialından gedir

Tarix: 28 Aprel 2021 18:40

Əslən Azərbaycandan olan aktrisa Nəsrin Cavadzadə Fox TV-də yayımlanan məşhur "Yasak elma" serialından gedəcəyini təsdiqləyib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, aktrisa canlandırdığı fenomen Şahika obrazının ssenariyə uyğun olaraq öləcəyini bildirib.

"Əfsanələr ölməz. Tamaşaçılar mənim məşhur sözlərimi eşitmədən necə yaşayacaq? Bilmirəm! Möhtəşəm bir obrazı canlandırdım. Ssenariyə uyğun olaraq xarakterim serialla vidalaşır. Hələ təkliflər barədə düşünmürəm, amma sizə böyük sürprizlərim olacaq", - deyə N. Cavadzadə qeyd edib.


Etiketlər:  Azərbaycanlı aktrisa türk serialından gedir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ