Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

UEFA Avropa Liqasının finalı tamaşaçılarla keçirilə bilər

UEFA Avropa Liqasının finalı tamaşaçılarla keçirilə bilər

Tarix: 29 Aprel 2021 08:54

Polşanın Qdansk şəhərində keçiriləcək UEFA Avropa Liqasının final matçı zamanı stadiona tamaşaçıların buraxılacağı gözlənilir.

Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Məlumata əsasən, UEFA ilə Polşa hökuməti arasında müvafiq məsələ ilə bağlı razılıq əldə edilib. Razılaşmaya görə, idman meydançasının tribunalarına onun tutumunun 25%-i qədər izləyici buraxılacaq ki, bu da 10 min tamaşaçı deməkdir.

Faktla bağlı təşkilatın həftə ərzində rəsmi açıqlama verəcəyi bildirilib.

Xatırladaq ki, Avropa Liqasının final görüşü mayın 17-də "Enerqa-Qdansk" arenasında baş tutacaq.

Milli.Az


Etiketlər:  UEFA Avropa Liqasının finalı tamaşaçılarla keçirilə bilər


RƏYLƏR