Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2021 12:26
"Azərbaycan Hava Yolları" QSC-yə məxsus hava gəmilərinin, hava limanı sahiblərinin və hava hərəkəti idarəetmə orqanlarının mülki məsuliyyətinin sığortasının satınalınması ilə əlaqədar Lot 1 üzrə açıq tenderə dəvət edir.
Lot-1 : "Azərbaycan Hava Yolları" QSC-yə məxsus hava gəmilərinin, hava limanı sahiblərinin və hava hərəkəti idarəetmə orqanlarının mülki məsuliyyətinin sığortasının satınalınması
İştirakçılara təklif edilir ki, "Dövlət Satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yuxarıda göstərilən lot üzrə Tender təklifini yazılı surətdə möhürlənmiş, imzalanmış ikiqat zərflərdə Azərbaycan dilində təqdim etsinlər.İddiaçılar öz tender təkliflərində bütün vergi və rüsumları, təyinat yerinə daşıma xərclərini nəzərə almalıdırlar.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Potensial imkanı olan iddiaçılar 1000 manat iştirak haqqını sifarişçinin aşağıdakı hesablaşma hesabına köçürdükdən sonra lot üzrə əsas şərtlər toplusunu "Azərbaycan Hava Yolları" QSC-nin Bakı şəhəri, Binə qəsəbəsi, Heydər Əliyev Beynəlxalq Aeroportu 2-ci Terminal ünvanından ala bilərlər.
Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:
Hesab: AZ88AZAL38050000001000002000
VÖEN: 9900000831
Bank: "PREMIUM BANK"ASC-nin 2 saylı filialı
Bankın VÖEN-i :9900006241
Kodu: 508267
M/H: AZ70NABZ01350100000000020944
S.W.İ.F.T: AZAL AZ 22
İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- iddiaçının oxşar işlərin aparılması üzrə təcrübəsi haqqında arayış;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı sənəd;
- iddiaçının tam adı və hüquqi statusunu əks etdirən sənədlərin ( nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, VÖEN və s.) surəti, həmçinin bank rekvizitləri;
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- tender təklifinin qüvvədə olma müddəti (təklif zərfləri açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (ən azı tender təklifinin qüvvədə olma müddətindən 30 (otuz) bank günü çox qüvvədə olmalıdır);
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 08.06.2021- ci il saat 15:00- а qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş , imzalanmış ikiqat zərflərdə 17.06.2021- ci il saat 15:00-а qədər Azərbaycan Respublikası, АZ 1044, Bakı şəhəri, Binə qəsəbəsi, Heydər Əliyev Beynəlxalq Aeroportu 2-ci Terminala təqdim etməlidirlər.
İddiaçıların tender təklifi zərfləri 18.06.2021- ci il tarixində saat 11:30- da АZ 1044, Bakı şəhəri, Binə qəsəbəsi,Heydər Əliyev Beynəlxalq Aeroportu ünvanında açılacaq.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq.
İddiaçının səlahiyyətli nümayəndəsi zərflərin açılması prosedurunda iştirak edə bilər.
Tenderlə əlaqədar əlavə məlumat almaq üçün maraqlananlar əlaqələndirici şəxsə müraciət edə bilərlər.
Əlaqələndirici şəxs: Maliyyə İqtisadiyyat İdarəsinin rəisi - Əlyəddin Quliyev.
Telefon: (99412) 497-26-00; Əlavə (28-11); (99412) 497-28-11.
e-mail: [email protected]