Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hamiləliyini hər kəsdən gizlədə bildi - FOTO

Hamiləliyini hər kəsdən gizlədə bildi - FOTO

Tarix: 29 Aprel 2021 17:35

"Taxt oyunları" serialında və "Aclıq oyunları" filmindəki rolları ilə tanınan məşhur aktrisa Natali Dormer gizli şəkildə uşaq dünyaya gətirib.

Milli.Az oxu.az-a istinadən xəbər evrir ki, bu barədə o, "That's After Life!"podkastında danışıb və vacib hadisənin təfərrüatından bəhs edib.

Məlum olub ki, uşaq 2021-ci ilin yanvar ayında dünyaya gəlib. Natalinin və sevgilisi aktyor Devid Ouksın qızları olub.

Hamiləliyi 2020-ci ilə - lokdaunlar və pandemiyalar dövrünə tuş gəldiyi üçün aktrisa bunu asanlıqla gizlədə bilib.

"Hamilə qalmaq və pandemiya dövründə uşaq dünyaya gətirmək mənim ən yaxşı qərarım idi", - deyə Natali etiraf edib.

Bundan başqa o, zarafatla deyib ki, qızı 30 il sonra barda dostlarına "kovidin övladı" olmasından danışacaq.

Milli.Az


Etiketlər:  Hamiləliyini hər kəsdən gizlədə bildi FOTO


RƏYLƏR