Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2021 21:48
İri ölçülü Volkswagen Teramont krossoveri iki ölkədə - ABŞ və Çində istehsal olunur.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, eyni zamanda, Amerika və Çin avtomobilləri özünəməxsus xüsusiyyətlərə (əsasən - texniki) malikdirlər. İndi isə onların aralarındakı fərq daha da artıb! Amerikan Atlas/Teramont modeli cüzi olsa da bir il əvvəl yenilənib. İndi isə növbə Çində satılan Teramont modelinə gəlib çatıb. Bu dəfə mühəndislər daha ciddi yeniliklər ediblər.
Zahiri cəhətdən belə Çin krossoveri fərqli görünür. Teramont modelinin fənərlərinin ikimərtəbəli dizaynını qorumasına baxmayaraq, yenə də krossover dəyişdirilmiş ön tərəfə malik olub. Xatırladaq ki, amerikan Atlas modeli daha nazik işıq texnikasını əldə edib. Bundan başqa, krossoverin bahalı versiyalarında işıqlanan emblem və radiator barmaqlığının mərkəzi zolağı tətbiq edilir. Arxa fənərlər isə, artıq iri qırmızı zolaq ilə birləşdiriliblər: belə həll yolu indi Asiyanın avtomobil sənayesində son dərəcə populyardır. Yenilənmiş krossoverin təchizatına 17 - 21 düymlük təkər diskləri daxildir.