Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2021 22:15
Alimlər Pfizer və AstraZeneca şirkətləri tərəfindən hazırlanan vaksinlərin koronavirus əleyhinə peyvənd olunan insanlardan peyvənd olunmayan insanlara koronavirusun ötürülmə ehtimalını azaltdığı nəticəyə gəliblər.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, yalnız bir inyeksiyadan sonra yoluxma ehtimalı yarıbayarı azalır.
Tədqiqatçılar çoxdan əmin olublar ki, koronavirus əleyhinə vaksinlər insanı istənilən formada koronavirusdan 90 faizdən çox ehtimalla qoruyurlar. Yəni inyeksiya alan 92-97 faiz ehtimalla xəstələnməyəcək. Bununla belə, o, hətta qalan 3-8 faizə təsadüf etsə belə, peyvənd ona xəstəxanaya yerləşdirilməsini tələb edən ağır xəstəlik formasından və ölümdən 100 faiz qoruyur.
"Public Health England" tərəfindən aparılan araşdırma göstərib ki, vaksinin tək bir dozası koronavirus əleyhinə peyvənd olunan insandan peyvənd olunmayan insana virusun ötürülmə ehtimalını 50 faiz azaldır. Bu o deməkdir ki, hətta bir inyeksiya alan insanlar həm özlərini ağır formada koronavirusdan qoruyurlar, həm də 50 faiz daha az ehtimalla virusu ətrafdakılara ötürürlər. Bu təhlilin nəticələrinə inanmaq olar, çünki o peyvənd olunan bir milyon yarımdan çox Böyük Britaniya vətəndaşına əsaslanır. Bu həcmdə məlumat kifayət edicidir.