Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Iyul 2019 14:32
İpaniya mətbuatı Sequnda təmsilçiləri - "Malaqa" və "Estremadura"nın maraq dairəsində olan "Qarabağ"ın hücumçusu Mahir Emreli ilə bağlı yeni iddia ortaya atıb.
Qol.az-ın "grada3.com" saytına istinadən yaydığı xəbərə görə, 22 yaşlı futbolçunun "Estremadura"ya keçməyə daha yaxın olduğu bildirilir.
Klubun yarımmüdafiənin sol cinahı üçün ilk hədəfi Xuanxo Narvaes olsa da, həmin transferin alınmaması alternativ variantları gündəmə gətirib. Axtarışlarını davam etdirən ispan klubu sonda Mahirin üzərində dayanıb. İddiaya görə, komandanın baş məşqçisi Manuel Moskera da millimizin üzvünün alınmasını çox istəyir.
Qeyd edək ki, 2015-ci ildən "Qarabağ"da çıxış edən Mahir ötən mövsüm 16 qolla Premyer Liqamızın bombardiri olub.