Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 May 2021 10:36
Binəqədi rayon sakini Müslüm Şıxəliyev işlənmiş mebelini satmaq istəyərkən dələduzluqla üzləşib.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, satışla bağlı saytların birində elan verdikdən sonra başqa ölkənin mobil operatorundan ona zəng gəlib.
Zəng edən qadın bildirib ki, özü Rusiyada yaşayır, mebelləri isə Qəbələdəki evi üçün alır. Qiyməti razılaşdırdıqdan sonra həmin qadın pulu ödəmək üçün Müslüm Şıxəliyevdən kartının şəklini istəyib. O da kartın şəklini çəkərək qarşı tərəfə göndərib. Hər şey də bundan sonra baş verib...
Dələduzluqla üzləşdiyini anlayan Müslüm Şıxəliyev həmin qadınla əlaqə saxlamağa çalışsa da, cəhdləri nəticəsiz qalıb. O, dərhal Daxi İşlər Nazirliyinin 102 qaynar xəttinə məlumat verib. Hazırda Yasamal rayon 29-cu polis şöbəsində faktla bağlı araşdırma aparılır.
İnformasiya kommunikasiya texnologiyaları üzrə ekspert Elvin Şirinov bildirib ki, son vaxtlar bu tipli dələduzluq halları çoxalıb. Onun sözlərinə görə, vətəndaşlar kart əməliyyatları zamanı olduqca diqqətli olmalıdırlar.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: