Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Britni Spirsin diaqnozu məlum olub

Britni Spirsin diaqnozu məlum olub

Tarix: 3 May 2021 10:20

Tanınmış pop ifaçısı Britni Spirsin atası onun diaqnozunu açıqlayıb.

Məlum olub ki, 39 yaşlı müğənni ağıldankəmdir.

Sonxeber.net oxu.az-a istinadən xəbər evrir ki, bu barədə BBC-nin "Britni uğrunda savaş" sənədli filmində məlumat verilib.

Jurnalistlər aşkar ediblər ki, pop-ulduzun atası onun üzərində qəyyumluq hüququnu əldə etmək üçün məhz bu diaqnozu əsas gətirərək məhkəməyə müraciət edib. Belə ki, bu diaqnozun daşıyıcıları müstəqil şəkildə düzgün qərar vermək bacarığından məhrum olurlar.

Qeyd edək ki, 2008-ci ildə məhkəmə Spirs üzərində qəyyumluq hüququnu atası Ceymsə həvalə edib. Bununla da, ifaçı öz həyatı və mülkiyyəti üzərində nəzarət imkanını itirib. Uzun illərdir ki, o, maşın sürə və övladları ilə atasının izni olmadan görüşə bilmir.  


Etiketlər:  Britni Spirsin diaqnozu məlum olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ