Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 May 2021 19:48
Cari il 1 yanvar tarixinə Gürcüstanın əhalisi 3 728,6 min nəfər olub. Bu da, 2020-ci ilin yanvarın 1-nə olan göstərici ilə müqayisədə 0,3 faiz çoxdur.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.
Bildirilir ki, 2021-ci il yanvarın 1-də ölkədə kişilərin sayı 1796,2 min, qadınların sayı isə 1932,4 min nəfər olub. Hər 100 qadına 93 kişi düşür.
Gürcüstan əhalisinin 59,4 faizi şəhərlərdə yaşayır.
Ölkə əhalisinin 20,5 faizini 0-14 yaş arasında olan uşaqlar təşkil edir. Əmək qabiliyyətli əhalinin payı (15-64 yaş qrupu) 64,2 faizdir.