Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Britni Spirs onları məhkəməyə verəcək

Britni Spirs onları məhkəməyə verəcək

Tarix: 4 May 2021 17:25

Bu il 39 yaşlı Britni Spirslə bağlı bir neçə sənədli film lentə alınıb.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, hər bir ekran işində sənətçinin psixoloji problemləri olması ilə bağlı iddiaları rəd edib. O bildirib ki, bununla bağlı məhkəməyə müraciət edəcək. İfaçı eyni zamanda atasının qəyyumluğundan xilas olmaq istəyir.

"Bu il mənimlə bağlı o qədər sənədli film təqdim edildi ki... Yad insanlar həyatıma baxışlarını bölüşürlər. Nə deyə bilərəm, çox məyus olmuşam. Bu sənədli filmlər o qədər saxtadır ki... Onlar mediada müzakirə edilir, məni təhqir etdirir, amma özləri eyni həyatı yaşayırlar" deyə, Spirs bildirib.

Britni deyib ki, həyatında bir çox çətin günlər yaşayıb:

"Amma niyə ancaq neqativləri və travma aldığım anları göstərirlər".

Spirslə bağlı ilk sənədli film martın əvvəlində nümayiş olunub. Müğənni ondan sonra iki həftə ağladığını deyib. "Framing Britney Spears" adlı ekran işinə isə sənətçi baxmayıb.


Etiketlər:  Britni Spirs onları məhkəməyə verəcək


RƏYLƏR