Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2021 16:52
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 29 778 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sonxeber.net-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7 957, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21 821 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 566 106, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 987 962, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 578 144 təşkil edir.