Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Operativ Qərargahın brifinqi başlandı - YENİLƏNİB - CANLI - FOTO

Operativ Qərargahın brifinqi başlandı -  YENİLƏNİB - CANLI - FOTO

Tarix: 6 May 2021 12:04

11:58

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusla bağlı KİV nümayəndələri üçün brifinq keçirir.

Milli.Az xəbər verir ki, brifinqdə Operativ Qərargahın nümayəndələri - Səhiyyə nazirinin birinci müavini Teymur Musayev və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin şöbə müdiri Yaqut Qarayeva karantin rejimi tələbləri və koronavirusla bağlı ölkədəki son vəziyyət barədə ictimaiyyəti məlumatlandırır.

Qeyd edək ki, son sutkada Azərbaycanda 2 074 nəfər COVID-19-dan sağalıb, 1 080 nəfər yoluxub. Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 566 106, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 987 962, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 578 144 təşkil edir.

-------

11:55

Brifinq məlumat xarakterlidir. Hər hansı sərtləşmə və yumşalma qərarı olmayacaq.

------

11:47

Bu gün veriləcək qərarlar arasında sərt karantinin olması gözlənilmir. 

Bir neçə dəqiqədən sonra Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti brifinqi keçiriləcək.

Brifinqdə səhiyyə nazirinin səlahiyyətlərini icra edən Teymur Musayev və TƏBİB-in departament müdiri Yaqut Qarayeva çıxış edəcək.

Milli.Az


Etiketlər:  Operativ Qərargahın brifinqi başlandı YENİLƏNİB CANLI FOTO


RƏYLƏR