Tarix: 1 Avqust 2019 02:56
“Bavariya”nın təşkilatçılığı ilə keçirilən “Audi Cup 2019” turnirinə yekun vurulub.
Qol.az xəbər verir ki, turnirdə təşkilatçı “Bavariya” ilə yanaşı, İspaniyanın “Real”, İngiltərənin “Tottenhem” və Türkiyənin “Fənərbaxça” klubları mübarizə aparıb.
İlk oyun günündə yarımfinal görüşlərində məğlubiyyətlə üzləşən “Real” və “Fənərbaxça” bu gün 3-cü yer uğrunda üz-üzə gəlib. Görüş Madrid təmsilçisinin 5:3 hesablı qələbəsiylə yekunlaşıb.
“Real”dan Kərim Benzema het-trikə imza atıb, digər qolları Naço və Dias vurub. İstanbul klubunda isə Qarri Rodriqes, Dirar, Ozan fərqlənib.
“Alyans Arena”da keçirilən final matçında isə “Tottenhem”lə “Bavariya” üz-üzə gəlib. Qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib - 2:2. Qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Tottenhem” 6:5 üstün olub və “Audi Cup” turnirinin qalibi olub