Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2021 10:09
“Google” şirkəti “Google Photo” xidmətində yüksək keyfiyyətli şəkillərin saxlanılması üçün istifadəçilərə limitsiz disk yeri təqdim etməkdən imtina edəcək. Bu barədə hələ ötən ilin noyabrında xəbər verilmişdi, dəyişikliklər 1 iyun 2021-ci il tarixindən qüvvəyə minəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “3dnews.ru” saytına istinadən yazır ki, yeni qaydalar qüvvəyə mindikdən sonra fotoşəkil və videolar üçün pulsuz disk yerinin həcmi 15 QB olacaq. Disk yerinin həcmini artırmaq üçün “Google One” abunəsini rəsmiləşdirməli və şəxsi ehtiyaclarınızdan asılı olaraq təklif edilən variantlardan birini seçməli olacaqsınız. Qeyd etmək lazımdır ki, iyunun 1-dək “Google Photo” xidmətinə yüklənilmiş foto və videoların ümumi həcmi yeni məhdudiyyətlər tərəfindən nəzərə alınmayacaq.
Emil Hüseynov