Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sumqayıtda kanalizasiya suyu küçəyə axıdılır - VİDEO

Sumqayıtda kanalizasiya suyu küçəyə axıdılır - VİDEO

Tarix: 7 May 2021 11:20

Sumqayıt şəhərinin 76-cı məhəlləsində kanalizasiya suyu açıq şəkildə küçədən axıdılır. Ərazidə içməlı su şəbəkəsi yoxdur. Çirkab su isə evləri basır, üfunətdən dayanmaq mümkün deyil.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, şəhərin Hafis Baxış küçəsində yaşayan sakinlər bildirir ki, ərazidə ümumiyyətlə kanalizasiya xətti yoxdur. İçməli su şəbəkəsindən isə söhbət gedə bilməz. Evlər qamışlığın və çırkab suyun girdabında batır.

Sakinlər problemləri ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət ünvanlayıblar. Ancaq hələ də nəticəsi yoxdur.

Məsələyə "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı aydınlıq gətirib.  O deyib ki, ərazidə infrastruktur yoxdur. Fərdi şəkildə çəkilmiş xətlər isə tikinti qaydalarına ziddir.

Ərazidə mərkəzləşdirilmiş kanalizasiya infrastrukturunun qurulması isə Abşeron yarımadasının baş planına əsasən nəzərdə tutulub və gələcəkdə icra olunacaq layihələr çərçivəsində həyata keçiriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Sumqayıtda kanalizasiya suyu küçəyə axıdılır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ