Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2021 16:36
İsveçrədə koronavirus peyvəndi olanlar, test nəticələri mənfi olan və virusdan sağalanlar üçün etibarlı olan "COVID-19" sertifikatı cari ilin iyun ayında qüvvəyə minəcək.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İsveçrə Federal Xalq Sağlamlığı Mərkəzi məlumat verib. Qeyd olunub ki, "COVID-19" sertifikatı Federal İnformasiya Texnologiyaları Ofisi tərəfindən tövsiyə olunur.
Sertifikatın Avropa İttifaqı Komissiyası tərəfindən hazırlanan "Rəqəmsal Yaşıl Sertifikat" adlı sənədə uyğun olduğu və hazırlanmasında mümkün olan ən sadə texnologiyadan istifadə edildiyi vurğulanıb.
Sözügedən sənəd məlumatların qorunması, təhlükəsizlik tələblərinin yerinə yetirilməsi və fərdi məlumatların mərkəzdə saxlanılmayacaq şəkildə tərtib edilməsini nəzərdə tutur.