Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əfqanıstanda törədilən üç partlayış nəticəsində 15 nəfər ölüb

Əfqanıstanda törədilən üç partlayış nəticəsində 15 nəfər ölüb

Tarix: 8 May 2021 18:14

Əfqanıstanın paytaxtı Kabil şəhərində yerləşən məktəblərdən birinin yaxınlığında silsilə partlayışlar törədilib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə "Tolo News" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, baş vermiş partlayışlar nəticəsində ən azı 15 nəfər ölüb, 20 nəfər xəsarət alıb.

Əfqanıstanın Daxili İşlər Nazirliyi üç partlayışın törədildiyini açıqlayıb.

Hadisəyə görə məsuliyyəti heç kim öz üzərinə götürməyib.


Etiketlər:  Əfqanıstanda törədilən üç partlayış nəticəsində nəfər ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ