Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2021 18:40
Türkiyəli aktyor Mustafa Üstündağ növbəti dəfə dava xəbərləri ilə gündəmə gəlib.
Mİlli.Az axşam.az-a istinadən məlumat verir ki, 44 yaşlı sənətçi keçmiş həyat yoldaşı olan aktrisa Ecem Özkayanı qısqanıb. Belə ki, "TRT1" kanalında yayımlanan "Gönül dağı" serialının aktyoru Fərdi Sancar Ecemlə çəkiliş meydançasından şəklini İnstaqram hesabından paylaşıb.
Bunu görən Üstündağ Fərdiyə nalayiq ifadələrin də olduğu çox sayda təhdid mesajı göndərib. Bununla da kifayətlənməyən aktyor serialın prodüseri ilə əlaqə yaratmağa çalışıb. Amma buna nail ola bilməyib. Mustafanın mesajlarını görən Sancar sözügedən paylaşımı silərək, aktyor barəsində polisə şikayət verib.
Həmçinin Ecem Özkaya özü də təhdid və təhqirlərə görə keçmiş həyat yoldaşı haqqında dəfələrlə polisə müraciət edib və hazırda Üstündağ barəsində bir neçə istintaq işi davam edir.
Qeyd edək ki, 10 il evli olan cütlük keçən il boşanıblar. Onların Ahmet Kaan adlı bir oğlu var.