Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2021 14:18
Bakı Nəqliyyat Agentliyi (BNA) proqnozlaşdırılan güclü küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarını diqqətli və ehtiyatlı olmağa çağırıb.
Sonxeber.net xəbər verir ki, BNA-nın sürücülərə etdiyi müraciətdə deyilir:
"Piyadalara digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamalarını, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir.
Sürücülərə isə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət edəsiz.
Ümumi hərəkətin təhlükəsizliyi üçün nəqliyyat vasitələrini səkilərdə və ağacların altında park etməyin".