Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2021 21:20
Futbol üzrə Çexiya 2-ci divizionunda 23-ci turun oyunları keçirilib.
Sonxeber.net matc.az-a istinadən bildirir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi "Viktoriya" (Jijkov) da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Vlasim"lə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan qələbə ilə ayrılıb - 3:1.
Fərid də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçu 78-ci dəqiqədə əvəzlənib. Komandasının ilk iki qolunu da Nəbiyev vurub. O, 20 və 38-ci dəqiqələrdə fərqlənib.
23 turdan sonra 36 xala malik "Viktoriya" 4-cü pillədə qərarlaşıb.