Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baş ağrısından, stresdən xilas edir, qan təzyiqini aşağı salır...

Baş ağrısından, stresdən xilas edir, qan təzyiqini aşağı salır...

Tarix: 9 May 2021 21:57

Çiyələk gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsidir. Toxumları meyvənin üzərində (xaricdə) yerləşən azsaylı meyvələrdəndir. Əksər meyvələrin toxumları meyvənin içərisində yerləşdiyi halda çiyələk istisnalıq təşkil edir.

Sonxeber.net xəbər verir ki, Dövlət Aqrar Universtitetinin Bağçılıq kafedrasının müdiri, dosent Hüseyn İdrisov AZƏRTAC-a çiyələyin faydalarından danışarkən bildirib ki, ölkəmizdə yeni meyvə mövsümü çiyələklə açılır. Onun zəngin tərkibi və pəhrizlik xüsusiyyəti bu bitkiyə geniş şöhrət qazandırıb.

Ruhdan düşməmək, daim yaxşı əhval-ruhiyyədə olmaq üçün alimlər müntəzəm olaraq çiyələk yeməyi məsləhət görürlər. Gündə 150 qram al-qırmızı giləmeyvə yeməklə stresdən qurtulmaq olar.

Bu meyvənin qidada istifadəsi ürəyin işini yaxşılaşdırır, yanğını söndürür, iştaha gətirir, həzmi yaxşılaşdırır, böyrəklərin və tənəffüs yollarının fəaliyyətini gücləndirir. Çiyələk həm də baş ağrıları zamanı effektiv vasitə kimi istifadə olunur.

Hüseyn İdrisov qeyd edib ki, müalicə məqsədilə daha çox Meşə çiyələyindən istifadə edilir. Bu bitkinin bütün hissələri müalicəvi əhəmiyyətlidir. Qan xərçəngi zamanı çiyələkdən dəmlənmiş çay çox faydalıdır. Bütöv bitki (yarpaq, çiçək, kök) çiçəkləmə zamanı yığılır və qurudulduqdan sonra xırda doğranaraq üzərinə 0,5l qaynar su tökülür. 2-3 saat müddətində dəmləndikdən sonra ondan gündə 3 dəfə 1 stəkan içilir.

Damağın soyuqlaması və tonzillit zamanı 10 qram quru yarpaq üzərinə 100 ml qaynamış su töküb onu gur olmayan odda bişirirlər. Soyuduqdan sonra məhlul süzülərək alınmış həlimlə ağız boşluğunu və boğazı qarqara edirlər.

Yarpaq dəmlənməsi avitaminoz zamanı, böyrəyin, qaraciyərin müalicəsində və soyuqlama zamanı faydalıdır. Həmçinin sidikqovucu xüsusiyyətə malikdir, qan təzyiqini aşağı salır, damarları genişləndirir, ürək əzələlərinə müsbət təsir göstərir.


Etiketlər:  Baş ağrısından stresdən xilas edir təzyiqini aşağı salır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ