Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Arsenal”la ikinci oyun birinciyə bənzəyəcək” – Kirill Petrov

“Arsenal”la ikinci oyun birinciyə bənzəyəcək” – Kirill Petrov

Tarix: 1 Avqust 2019 13:56

“Əgər Tulada uduzsaydıq, buna görə təyyarə reysinin gecikməsini bəhanə etmək doğru olmazdı. Biz peşəkarıq. Yaxşı həkimlərimiz və massajçılarımız var. Onlar futbolçuları oyuna hazırlaya bilmişdilər”.

Qol.az xəbər verir ki, bu sözləri “Neftçi”nin müdafiəçisi Kirill Petrov Rusiyanın “İzvestiya” qəzetinə açılamasında deyib.

Bu gün Tula “Arsenal”ına qarşı keçiriləcək Avropa Liqasının ikinci təsnifat mərhələsinin oyunu barədə fikirlərini açıqlayan uklraynalı futbolçu deyib: “Tulada atmosfer super idi. Yerli azarkeşlərin dəstəyi bizə təzyiq olmadı. Əksinə stadionu dolu gormək xoş idi. Biz onlar üçün oynayırıq. Bakıda arena kiçikdir. Çempionatın matçlarına çox adam gəlmir. Amma ümid edirəm ki, “Arsenal”la cavab matçında stadion dolacaq. Məncə, ikinci oyun birinciyə bənzəyəcək. Biz üstünlük barədə düşünməməliyik. Meydana ilk matç 0:0 hesabı ilə yekunlaşıbmış kimi çıxacağıq”.

Xatırladaq ki, “Neftçi” ilk matçda səfərdə “Arsenal”a 1:0 hesabı ilə qalib gəlib. Bu komandaların təkrar oyunu bu gün Bakıda keçiriləcək və saat 21.00-da başlanacaq.

 


Etiketlər:  Arsenalla ikinci oyun birinciyə bənzəyəcək Kirill Petrov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ