Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 May 2021 11:30
Malayziya baş naziri Muhyiddin Yassin koronavirusun artması fonunda bütün ölkə ərazisində "lokdaun" elan edib.
Sonxeber.net tass-a istinadən xəbər verir ki, qapanma mayın 12-dən iyunun 7-nə qədər davam edəcək.
Ölkənin Səhiyyə naziri Hişam Abdulanın proqnozlara görə, ayın ortalarında xəstələnmə hallarında ortalama artımı sutkada təxminən 5 min nəfər olacaq və mayın sonunda 7 minə çatacaq.
Qeyd edək ki, Malayziyada bu zamana qədər koronavirusa 444 484 yoluxma və 1 700 ölüm qeydə alınıb.