Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 May 2021 16:05
Müğənni-bəstəkar Rəhim Rəhomli efirlərə getməməsinin səbəbini açıqlayıb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, haqda "Gün ortası" proqramında danışan sənətçi buna səbəb sosial şəbəkələrin olduğunu deyib:
"Hər efirə çıxandan sonra açıqlamalarım saytlarda, İnstaqram səhifələrində paylaşılır. İstifafəçilər həmin paylaşımın altında artıq-əskik fikirlər yazır. Bu da ailəmi narahat edir. Qardaşım dərhal zəng edir ki, hansı proqramda olmusan? İnstaqramda biri belə bir şey yazıb. Onları tapmaq çox asanddır: ya belə, ya hüquq-mühafizə orqanları tərəfindən. Anam da narahat olur. Bunların tərbiyələri haradandır? Necə tərbiyələniblər? Ona görə belə şeyi görəndə insan hər şeyə son qoyub, getmək istəyir. Sənəti sonlandırmaq istəyirsən".