Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qonşu ölkədə koronavirusun ən təhlükəli ştammı müəyyən edildi

Qonşu ölkədə koronavirusun ən təhlükəli ştammı müəyyən edildi

Tarix: 13 May 2021 15:22

Rusiyada ilk dəfə koronavirusun "Hindistan ştammı"nın daşıyıcıları müəyyən edilib.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə "Rospotrebnadzor"dan (Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi üzrə Federal Xidməti) bildirilib.

Yoluxanlar Ulyanovsk Dövlət Universitetinin (UlDU) Hindistandan olan 16 tələbəsidir.

Tələbələrin vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Onların əksəriyyəti xəstəliyi yüngül keçirib, xəstəxanaya yerləşdirilən 11 hindistanlı isə artıq evə buraxılıb.

Bundan əvvəl ÜST koronavirusun üç dəfə mutasiyaya uğramış "Hindistan ştammı"nın təhlükə səviyyəsini yüksəltmişdi. Ekspertlər bunun qlobal səviyyədə narahatlığa səbəb olduğunu etiraf edirlər.


Etiketlər:  Qonşu ölkədə koronavirusun təhlükəli ştammı müəyyən edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ