Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mingəçevirdə dava: 2 nəfər yaralandı, 3 nəfər xəsarət aldı

Mingəçevirdə dava: 2 nəfər yaralandı, 3 nəfər xəsarət aldı

Tarix: 13 May 2021 19:12

Mayın 12-də Mingəçevirdə baş vermiş dava nəticəsində şəhər sakini Məhəmməd Eyyubovun bıçaqlanması, Ağdam rayon sakini Bürhan Əsədovun isə müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə polis şöbəsinə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Polis əməkdaşları tərəfindən hadisə ilə əlaqədar müvafiq araşdırmalar aparılıb, zərərçəkmişlərin və şahidlərin izahatı alınıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlıq əməlini törətməkdə şübhəli bilinən qardaşlar - Hüseyn və Akşin Hüseynovlar, eləcə də Məhəmməd Alıyev saxlanılıb.

Onlar ifadələrində mübahisənin söyüşə görə baş verdiyini bildiriblər.

Faktla bağlı Mingəçevir şəhər polis şöbəsində Cinayət Məcəlləsinin 221-ci ( xuliqanlıq ) maddəsi ilə cinayət işi başlanılıb.

İstintaq aparılır.

Milli.Az


Etiketlər:  Mingəçevirdə dava 2 nəfər yaralandı 3 nəfər xəsarət aldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ