Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağadadaş Ağayevin son durumu - Əməliyyatı başa çatsa da...

Ağadadaş Ağayevin son durumu - Əməliyyatı başa çatsa da...

Tarix: 14 May 2021 14:00

Xalq artisti Ağadadaş Ağayevin əməliyyatı başa çatsa da, müalicəsi uzun vaxt aparacaq.

Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, bu haqda aparıcı Hacı Nuran Hüseynov məlumat verib. O bildirib ki, müğənni hazırda özünü yaxşı hiss edir:

"Çox şükür, qardaşım yaxşıdır. Düz 5 saat sürdü o ağır əməliyyat. O 5 saatda etmədiyim dua qalmadı. Tək deyildim, qardaşımın həyat yoldaşı da mənimlə idi. Bu dualar çin oldu sonda. Ağadadaş Ağayev 5 saatlıq əməliyyatdan sag-salamat çıxdı. Düzdür, çox ağır əməliyyat oldu. Amma çox şükürlər olsun ki, qardaşım bunu da atlatdı. İndi də qalır bərpa və uzunmüddətli müalicə ərəfəsi. Ağadadaşın bunun da öhdəsindən gələcəyinə əminəm".

Qeyd edək ki, müğənni xərçəngdən əziyyət çəkir. O, İstanbulda iki dəfə əməliyyat olunub.


Etiketlər:  Ağadadaş Ağayevin durumu Əməliyyatı başa çatsa


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ