Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2021 18:00
Zəhərli maddələr gündəlik həyatımızda və yaşayış tərzimizdə demək olar ki, daima bizi təqib edir. Yeməklər, içkilər, hətta qəbul etdiyimiz hava vasitəsi ilə də bunlar orqanizmə asanlıqla daxil olur və yayılır. Nəticədə orqanizmdə bir sıra xəstəliklər baş qaldırır. Bəs, bədəni bu zəhərli maddələrdən necə təmizləmək olar?
Sonxeber.net Axşam.az-a istinadən, orqanizmi zəhərli maddələrdən təmizləməyin yollarını təqdim edir:
1.Bol su qəbul edin
Su zərərli maddələrin təmizlənməsi üçün təbii qaynaqdır. Bu səbəbdən də nə qədər çox içsəniz, bədəndəki toksinlər sidiklə daha sürətli xaric olunar. Vücudunuzu təmizləməyə kömək edə biləcək su qarışımı da var: 1 litr suya 2 xörək qaşığı alma sirkəsi əlavə edib qarışdırın. Bu qarışığı gün ərzində qəbul edə bilərsiniz.
2.Təbii qidalarla qidalanın
Təbii tərəvəz və meyvələrdə pestisid kimi toksin yoxdur. Bu qidalar orqanizmdə maddələr mübadiləsini yaxşılaşdıracaq və bədəndən lazımsız zəhərli elementləri çıxarmaq üçün həzm sisteminin daha yaxşı işləməsinə kömək edəcəkdir.
3.Səhər qəhvə əvəzinə yaşıl çay için
Qəhvədə, xolesterol səviyyəsini artıra bilən diterpenoid molekulu olan kafestol var. Bu səbəblə də xolesterol əmələ gəlməməsi üçün yaşıl çay və yaxud da hər hansı bir bitki çayı içməyə üstünlük verin.
4.Müəyyən vaxtlar oruc tutmağa çalışın
Biz günün bəzi saatlarında yemək yeyirik. Qəbul etdiyimiz məhsulların çoxu işlənmiş qidalardır və şəkərdən ibarətdir. Bir-iki gün oruc tutmaq, iştahanı azaltmaqla yanaşı, zərərli maddələri bədəndən kənarlaşdıraraq sizi daha sağlam edə bilər.
5.Saunaya gedin və idman edin
Tərləmək bədəni zəhərli maddələrdən təmizləmək üçün ən təbii yoldur. Nə qədər tərləsəniz, o qədər çox təmizlənərsiniz. Bunun üçün saunaya gedə bilərsiniz. Lakin səhhətində problem olanlar yüksək temperaturda qalmaq üçün əvvəl həkimlə məsləhətləşməlidir. Tərləməyin bir başqa yolu da idmandır. Sizə ən uyğun idman növünü seçərək bununla gündəlik məşğul ola bilərsiniz. Dərinizi tərdən və ölmüş hüceyrələrdə təmizləmək üçün daha sonra duş qəbul etməyi unutmayın!