Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Onurğa beynin zədəsi

Onurğa beynin zədəsi

Tarix: 15 May 2021 07:42

Onurğa beynin zədələnməsi qapalı və nüfuz etməyən onurğa beyin travmalarından ən çox rast gələnidir. Zədə onurğanın yerdəyişmə ilə sınması, fəqərəarası disklərin prolapsı və onurğanın sərpməsi zamanı baş verir.
Onurğa beynin zədəsi zamanı həmişə beyin maddəsində, köklərdə, qişalarda, damarlarda struktur dəyişikliklər baş verir. Bu dəyişikliklər özünü yumşalma, ocaq nekrozu və qansızma ilə göstərir. Beyin toxumasının zədələnməsi spinal şokla müşayət olunur. Bu zaman hərəki və hissi pozulmaların xarakteri travmanın yerindən və əhatəsinin genişliliyindən asılıdır.
Onurğa beynin zədəsi zamanı zədələnmənin ardınca zədələnmənin dərəcəsindən asılı olmayaraq aşağıdakılar müşahidə edilir:
- süst ifliclər
- bütün hissiyyat növlərinin anesteziyası
- çanaq üzvlərinin funksiyasının pozulması
- vegetativ funksiyaların pozulması.
Onurğa beynin zədələnməsi zamanı əksər hallarda travma bir deyil, bir neçə zədələnmə ocağının yaranmasına səbəb olur. Travmaların səbəb olduğu əlamətlər travmadan bir neçə saat və ya bir neçə gün sonra meydana çıxa bilir.
Onurğa beynin zədələnmələri çox vaxt subaraxnodial qansızmalarla müşayiət olunur. Bu zaman serebrospinal mayedə qan qarışığı aşkar edilir.
Zədənin ağırlığından asılı olaraq pozulmuş funksiyaların bərpası 3-8 həftə ərzində davam edir. Ancaq onurğa beynin tam və ya yarımçıq anatomik sarsılması ilə baş verən ağır zədələr zamanı itirilmiş funksiyalar heç vaxt bərpa olunmur.


Etiketlər:  Onurğa beynin zədəsi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ