Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dakrioadenit

Dakrioadenit

Tarix: 15 May 2021 08:18

Dakrioadenit göz yaşı vəzinin kəskin və ya xroniki iltihabi xəstəliyidir. Birtərəfli və iki tərəfli olmaqla daha çox uşaqlarda rast gəlinir. Hər hansı infeksiya onu yarada bilər.
SƏBƏBLƏRİ:
Çox vaxt qrip, pnevmoniya, qızılca, revmatizm, angina və s. infeksiya nəticəsində yarana bilər. Xroniki forması vərəm, sifilis xəstəliyini müşayiət edə bilər.
SİMPTOMLARI:
Xəstəlik yuxarı göz qapağının xaricində yaranan ağrı, qızartı və şişkinliklə başlayır. Ödem nəticəsində göz qapağının kənarı S-vari forma alır, əlamətlər bir neçə gün ərzində dərinləşir ,ödem artır, göz alması aşağı və içəriyə doğru yerini dəyişir, xəstə ikigörmədən şkayət edir .Belə xəstələrdə regionar limfa düyünləri şişir, ödem gicgah nahiyəsinə, bəzi hallarda üzün uyğun tərəfinə yayılır.
Kəskin dakrioadenit əsasən 1-3 həftə davam edir. Müalicə olunmayanda beyin qişalarının iltihabı meningitlə nəticələnə bilər.
Xroniki formada göz qapağının xaricində ağrısız bərk infiltrat olur. Xəstəlik yüngul iltihab əlamətləri ilə keçir.
DİAQNOSTİKASI:
Diaqnozu klinik əlamətlərə əsasən oftalmoloq tərəfindən qoyulur.
MÜALİCƏSİ:
Müalicə zamanı inyeksiya və damcı şəklində geniş spektrli antibiotik, steroid və qeyri-steroid iltihab əleyhinə preparatlar və ağrıkəsicilərdən istifadə olunur. Abses zamanı iltihab açılraq drenaj qoyulur. Xroniki formada yanaşı gedən xəstəlik müalicə olunmalıdır.


Etiketlər:  Dakrioadenit


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ