Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

CBC radiosunun “Azerspace” peyki üzərindən və Şuşa Radio-Televiziya Yayım Stansiyasından yerüstü yayımı təmin edilib

CBC radiosunun “Azerspace” peyki üzərindən və Şuşa Radio-Televiziya Yayım Stansiyasından yerüstü yayımı təmin edilib

Tarix: 16 May 2021 09:18

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi tərəfindən Milli Televiziya və Radio Şurasının müvafiq qərarı ilə yayım lisenziyası almış CBC radio proqramının "Azerspace" peyki üzərindən və Şuşa Radio-Televiziya Yayım Stansiyasından 2 kVt-lıq FM radioverici vasitəsilə stereo rejimində 102.7 MHs tezliyində 07.05.2021-ci il tarixində yerüstü yayımına başlanılıb.

 

Nəticədə sözügedən radio proqramının Şuşa, Xankəndi, Mingəçevir, Yevlax şəhərləri və Xocalı, Ağdam, Bərdə, Goranboy, Göyçay, Qəbələ rayonları, eləcə də ətraf yaşayış məntəqələrində yayımı təmin edilib.

 

Eyni zamanda, 30 dekabr 2020-ci il tarixindən Şuşa RTYS-dən 11 TV və 2 FM radio, o cümlədən CBC TV proqramının yayımına başlanılıb.




Etiketlər:  CBC radiosunun Azerspace peyki üzərindən Şuşa Radio Televiziya Yayım Stansiyasından yerüstü yayımı təmin edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ