Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Neftçi"nin “Bney Yehuda” ilə oyunlarının vaxtı açıqlandı

Tarix: 2 Avqust 2019 00:20

"Neftçi"nin Avropa Liqasının 3-cü təsnifat mərhələsində  İsrailin “Bney Yehuda” klubu ilə oyunlarının vaxtı müəyyənləşib.

Qol.az-ın klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə, ilk görüş avqustun 8-də “Bakcell Arena”da, cavab matçı isə ayın 15-də Tel-Əvivdə keçiriləcək. Hər iki oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Xatırladaq ki, "Neftçi" Tula "Arsenal"ına qalib (1:0, 3:0) gələrək növbəti mərhələyə yüksəlib.

 


Etiketlər:  Neftçinin Bney Yehuda ilə oyunlarının vaxtı açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ