Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2021 10:30
Qadın voleybolçular arasında AVRO-2021-in seçmə mərhələsi başa çatıb.
Sonxeber.net apasport.az-a istinadən xəbər evrir ki, bununla da final mərhələsinin bütün iştirakçıları dəqiqləşib.
Belarus, Bosniya və Herseqovina, Macarıstan, Yunanıstan, İspaniya, Slovakiya, Finlandiya, Fransa, Ukrayna, Çexiya, İsveçrə və İsveç milliləri seçmə mərhələdən AVRO-2021-ə yüksəlib. Bu komandalar 4 ölkənin - Bolqarıstan, Rumıniya, Serbiya və Xorvatiyanın ev sahibliyi edəcəyi yarışa qatılacaq.
Azərbaycan yığması isə final mərhələsinə AVRO-2019-un nəticələrinə görə vəsiqə qazanan 8 ən yaxşı komandadan biridir. Millimizlə yanaşı, Belçika, Almaniya, İtaliya, Niderland, Polşa, Rusiya və Türkiyə də qitə çempionatında gücünü sınayacaq.
AVRO-2021-in oyunları avqustun 18-dən sentyabrın 4-dək keçiriləcək. 24 komanda 6 qrupa bölünəcək. Qrupların tərkibi mayın 20-də Serbiyanın paytaxtı Belqradda keçiriləcək püşkatmada müəyyənləşəcək.