Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“TikTok” videosu çəkən avtobus sürücüsü işdən çıxarıldı

“TikTok” videosu çəkən avtobus sürücüsü işdən çıxarıldı

Tarix: 17 May 2021 17:48

Bakıda sükan arxasında video çəkən sürücü işdən çıxarılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Oxu.az-a 525 saylı marşrut xətti üzrə daşıyıcı şirkətin rəhbəri Rövşən Salamov məlumat verib.

O bildirib ki, həmin işçi şiddətli töhmət alıb və işdən azad edilib: "Avtobusda qeydə alınan videogörüntülər mayın 15-nə aiddir. Bildiyiniz kimi, ayın 16-sı ictimai nəqliyyat fəaliyyətə başlayacaqdı. Bu məqsədlə avtobuslar dezinfeksiya edilirdi. Həmin sürücü avtobusu qarajın yaxınlığında olan avtoyuma məntəqəsinə aparıb. Həmin gün avtobusda sərnişin olmayıb. Sürücü və iki nəfər texniki işçi olub. Videogörüntülərdə pulların düzülməsi məsələsi isə sabah üçün hazırlıq olub. Məsələ ilə bağlı dərhal tədbir görülüb və sürücü işdən azad edilib".

Milli.Az


Etiketlər:  TikTok videosu çəkən avtobus sürücüsü işdən çıxarıldı


RƏYLƏR