Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2021 23:36
Mayın 17-dən Səudiyyə Ərəbistanı pandemiyanın geniş yayıldığı 20 ölkə istisna olmaqla, beynəlxalq aviareysləri bərpa edib. Krallığın hökuməti mayın 20-dən başlayaraq ölkəyə gələn vətəndaşları və əcnəbilər üçün yeni şərtləri açıqlayıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, iki dəfə vaksin olunmuş, habelə yeni növ koronavirusa yoluxduqdan sonra sağalmış və 18 yaşına çatmamış şəxslər Səudiyyə Ərəbistanında 7 günlük karantindən azad ediləcəklər. Bundan başqa, 8 yaşından yuxarı şəxslər uçuşdan 72 saat əvvəl keçdikləri COVID-19 üzrə testin neqativ nəticəsini təqdim etməlidirlər.
Qeyd edək ki, Səudiyyə Ərəbistanına girişi qadağan edilmiş ölkələrin sırasında Hindistan, ABŞ, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Yaponiya, Fransa və Misir də var.