Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 May 2021 18:08
Qırğızıstan prezidenti Sadır Japarov qarşıdan gələn beynəlxalq tədbirlər ilə əlaqədar distant iş rejiminə keçir.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat verib.
Blidirilir ki, əvvəllər planlaşdırılmış beynəlxalq tədbirlər ilə əlaqədar olaraq və davam edən gərgin epidemioloji vəziyyəti nəzərə alaraq sanitariya tələblərinə riayət etmək üçün dövlət başçısı bu addımı atıb.
Prezidentin ölkədə baş verən bütün hadisələri daim nəzarətdə saxladığı vurğulanır.
Xatırladaq ki, Sadır Japarovun may ayının sonunda Rusiyaya səfəri gözlənilir. Bundan əvvəl Qırğızıstan Respublikasının Xarici İşlər Nazirliyi prezidentin Türkiyəyə də səfər edəcəyini bildirmişdi.