Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Utkin ''Neftçi''nin oyunundan danışdı

Utkin ''Neftçi''nin oyunundan danışdı

Tarix: 2 Avqust 2019 11:24

"Arsenal" barədə danışarkən nəticənin utancverici olduğunu demək olar. Ona görə yox ki, "Neftçi"yə məğlubiyyət qəbuledilməzdir. Sadəcə, meydanda döyüşmək istəməmək və bu qədər hazırlıqsız olmaq utandırıcıdır".

Qol.az xəbər verir ki, bu fikirlər Rusiyanın məşhur idman şərhçisi Vasili Utkinə məxsusdur.

Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Nefçi"nin Tula "Arsenal"ını hər iki oyunda qalib gəlməklə mübarizədən kənarlaşdırmasına münasbət bildirən jurnalist Rusiya təmsilçisini əzmkarlıq göstərməməkdə qınayıb.

"Bütün bunları sırf nəticəyə əsaslanaraq deyirəm. Çünki oyuna baxmadım və bundan da peşman deyiləm" - deyə Utkin qeyd edib.

Xatırladaq ki, "Neftçi" "Arsenal"a səfərdə 1:0, Bakıda isə 3:0 qalib gələrək 3-cü mərhələyə yüksəlib.
 


Etiketlər:  Utkin Neftçinin oyunundan danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ