Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 May 2021 10:40
27 yaşında vəfat edən "Nirvana" qrupunun qurucusu və solisti müğənni Kurt Kobeynin saç telləri hərraca çıxarılıb.
Sonxeber.net big.az-a istinadən xəbər verir ki, məşhur müğənninin saç telləri "Iconic Auctions" adlı auksion şirkəti tərəfindən 14 min dollara satışa qoyulub. Saç tellərinin 29 oktyabr 1989-cu ildə yaxın dostu Tessa Osbourne tərəfindən kəsildiyi və saxlanıldığı bildirilib.
Qeyd edək ki, amerikalı məşhur müğənni 5 aprel 1994-cü ildə yaşadığı evdə intihar etmişdi.