Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 May 2021 11:14
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu koronavirusa yoluxub.
Sonxeber.net xəbər verir ki, bu barədə onun dostları sosial şəbəkədə məlumat yayıb. Evdə müalicə alan partiya sədrinin vəziyyətinin yaxşı olmadığı vurğulanıb. Eyni zamanda, onun özüylə bərabər ailə üzvlərinin də virusdan əziyyət çəkdiyi bildirilir.
Qeyd edək ki, M. Mirəlioğlunun 65 yaşı var. Siyasətçi 2011-ci ildən KXCP-na rəhbərlik edir.