Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 May 2021 11:30
Şirvanda evi tərk edən COVID-19 xəstəsi saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, Şirvan şəhər sakini Tehran İbrahimova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.
Lakin adı çəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk etmiş və digər insanlar üçün real təhlükə yaradıb.
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan T.İbrahimovun törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınıb və o, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.
Faktla əlaqədar Şirvan ŞPŞ-də araşdırmalar aparılır.